Almaniyada Aşağı Saksoniyanın DİN rəhbəri rusiyalı oliqarxların əmlakını müsadirə etməyə çağırıb

“Biz Kanadadan nümunə götürməliyik və nəinki Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısında olan oliqarxların aktivlərini dondurmalı, həm də onları müsadirə edib humanitar yardım və Ukraynanın bərpası üçün istifadə etməliyik”, - deyə Pistorius bildirib.
Siyasətçi bu prosedurun təkcə oliqarxlara deyil, həm də onların sanksiyalardan yan keçməsinə kömək edən hər kəsə şamil olunmasını tələb edib.