azadses.az » Dünya » Qlobal Bakı Forumunda Avropa və Qərbi Balkan regionunun

Qlobal Bakı Forumunda Avropa və Qərbi Balkan regionunun

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 17-də işini panel iclasları ilə davam etdirib.

“Report” xəbər verir ki, forum çərçivəsində “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi” mövzusunda növbəti panel iclası keçirilib.


Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliottun moderatorluğu ilə keçirilən panel iclasında “Ümumi iqtisadi bazardan daha çoxunu özündə ehtiva edən geniş qəbul edilmiş Avropa (Aİ və qeyri-Aİ) baxışı varmı? Avropa vətəndaşlara insan hüquqlarının qorunmasını vəd edən sənədlərin fonunda fundamental azadlıqların qlobal təminatçısı ola bilərmi? “Brexit” və Avropa daxilində qeyri-liberal demokratiya ideyalarının yayılması Aİ-nin dünya səhnəsində oynamalı olduğu rola necə təsir göstərir? Avropa və onun qonşuları arasında hansı növ hərbi təhlükəsizlik sazişləri işlənib hazırlanmalıdır və yeni yaranan quruluşda ABŞ və Rusiyanın rolu nədən ibarət olacaqdır? Aİ Şərqi Avropada daha effektiv sülh və təhlükəsizlik mexanizmlərini səmərəli şəkildə necə təşviq edə bilər? Aİ ilə Qərbi Balkan və Cənubi Qafqaz regionları arasında hansı növ münasibətlər mövcud olmalıdır?” kimi suallara cavablar axtarılıb.

Panel iclası giriş sözü ilə açan Albaniya Prezidenti İlir Meta deyib ki, Albaniya Avropa İttifaqının Qərbi Balkana qədər genişlənməsinin tərəfdarıdır: “Biz Avroatlantik təhlükəsizlik sisteminə daxil olmalıyıq. Rusiya buna təsir göstərmək istəyirdi. ABŞ və Avropa arasındakı təzadlardan məhz Rusiya faydalanır. Ona görə də Avropa İttifaqı Qərbi Balkan regionunun daha da inkişaf etdirilməsinə təkan verməlidir. NATO-ya dəyər verməklə yanaşı, Avropa İttifaqı öz ordusunu yaratmalıdır”.

Daha sonra çıxış edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd edib ki, Avropa İttifaqı onlara qulaq asmır: “Avropa İttifaqına inteqrasiya üçün nə mümkündürsə biz onu edirik. İndi Avropa ittifaqı deyir ki, biz Balkan regionuna daha çox diqqət göstərməliyik. Kommunizm dövründə mən öz ölkəmi Avropa İttifaqında görmüşəm. Təəssüflər olsun ki, biz Avropa İttifaqının üzvü deyilik. Əgər biz ora qoşulmamışıqsa biz hansısa problemlərlə üzləşə bilərik. Zənnimcə, Kosovanın müstəqilliyinin tanınması beynəlxalq hüquqa ziddir. Serbiyə heç vaxt Kosovanın müstəqilliyini tanımayacaq. Bu, Avropa ittifaqına üzv olmaqla bağlı şərt olsa belə biz bu addımı atmayacağıq”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi isə deyib ki, Ukraynanı Avropa İttifaqında salamlamağa hazırdır: “Kiyevin bununla bağlı perspektivləri yaxşıdır. Mən düşünürəm ki, Avropa İttifaqı çoxdairəli olmalıdır. Biz Avropa ittifaqının təhlükəsizliyi barədə də düşünməliyik. Yeni qlobal dünya nizamı barədə də fikirləşməliyik. Bəyan etməliyik ki, ABŞ bizim üçün vacib oyunçudur və belə də qalacaq. Putin də Rusiyada əbədi qalmayacaq. Rusiya da bizim üçün vacib ölkə kimi qalacaq. Biz çoxqütblü dünyaya yaxınlaşırıq. Bunun üçün də müvafiq təsisat lazımdır ki, belə məsələləri tənzimləsin”.

Monteneqronun keçmiş Prezidenti Filip Vuyanoviç bildirib ki, Avropa İttifaqı ölkəsini üzvlüyə qəbul etməlidir: “Ukraynadakı müharibədən sonra hamı bilir ki, Monteneqronun NATO-ya üzvlüyü vacib məsələ olub”.

Panel iclası çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?