azadses.az » Dünya » Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi

Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi

Silk Way West Airlines Airbus ilə iki A350 yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır. Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb. Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addımdır.

A350F yük təyyarələrinin sifarişi Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb. A350 ailəsinin yeni üzvü kimi A350F yük təyyarəsi ən müasir texnologiyadan, aerodinamikadan və misilsiz əməliyyat çevikliyindən bəhrələnib.

Təyyarənin əsas özəlliyi göyərtədə böyük yük qapısı və yük əməliyyatları üçün optimallaşdırılmış gövdə uzunluğudur. Korpusun 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanır ki, bu da uçuşun çəkisini 30 ton azaldır. Bu, optimallaşdırılmış və müasir yükləmə sistemi və 109 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, bütün növ yüklərin daşınmasını təmin edir. Rolls-Royce mühərrikləri ilə təchiz edilən A350F böyük yük təyyarələrinin yeni nəslinə aiddir və daha az yanacaq sərfiyyatı ilə yanaşı, CO2 emissiyalarının azalmasına töhfə verir.
Dünyanın ən səmərəli və ekoloji cəhətdən təmiz yük təyyarələrindən biri olan Silk Way West-in donanmasına bu son əlavələr aviaşirkətin davamlılıq məqsədlərinə cavab verir.

“Biz Airbus ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Bu gün qonaqlarımız Silk Way West Airlines-in tarixi məqamlarından birinin şahidi oldular. Əminəm ki, bu yeni təyyarələrin alınması bizə uğur gətirəcək və bu müqavilənin imzalanması şirkətimizin inkişafında yeni mərhələnin əsasını qoyur. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - Silk Way West Airlines-ın prezidenti Volfqanq Meyer bildirib.

Müqavilə Silk Way West Airlines-ın qlobal yükdaşımaları bazarında öz payını artırmaq və regional liderliyini gücləndirmək strategiyasında növbəti addımının təzahürüdür.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 500 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

50 illik innovasiyalar, texnoloji yeniliklər və sənaye mükəmməlliyi təcrübəsi ilə Airbus, kommersiya təyyarələri, helikopterlər, müdafiə, kosmos və təhlükəsizlik qurumları üçün xidmət göstərir, dünya miqyasında müştəri bazasına aerokosmik məhsulların və həllərin layihələndirilməsi, istehsalı və çatdırılması üzrə liderdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  2. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  3. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  4. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  5. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
  6. Bakıda iki qardaş bıçaqlanıb
  7. Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
  8. Ötən gün cəzaçəkmə müəssisəsinin damının uçması nəticəsində xəsarət alan məhkum ölüb
  9. FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  10. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
Kolleclərin qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb Ətraflı
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Emin Əmrullayev: Təhsil getdikcə mürəkkəbləşir
Təhsil artıq şagirdlərə tək yazı-pozunu öyrətməklə yekunlaşmır, çünki hazırki dövrdə təhsil prosesi olduqca mürəkkəbdir. Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib