Özbəkistan prezidenti ölkədəki etirazlardan danışdı: “İtkilər var”

“Təəssüf ki, mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilər var”, - deyə dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, etirazçıların bir neçə qrupu silahlara sahib olmaq üçün şəhər daxili işlər idarəsinin və Nukusdakı milli qvardiya bölməsinin binalarını ələ keçirməyə cəhd ediblər.