Zelenski istefa verə bilər: “Əgər müharibəni dayandıracaqsa, dərhal gedə bilərəm”

“Mən hakimiyyəti saxlamağa çalışmıram. Əgər yeganə problem mənim getməyimdirsə və bu, qan tökülməsini dayandıracaqsa, mən buna ancaq “hə” deyə bilərəm. Lazım olarsa, mən indi də gedə bilərəm. Mən siyasətə bu səbəbdən daxil olmamışam. Əgər müharibəni dayandıracaqsa, siz dediyiniz zaman gedə bilərəm”, - deyə Zelenski Qərb rəsmilərinə bildirib.