Estoniyada ehtiyatda olan hərbçlərin toplanışları başlayıb
- 23-09-2022, 09:22
- Dünya

Manevrlər sentyabrın 22-dən 28-dək keçiriləcək.
Toplanış zamanı milli müdafiənin komandanlıq zənciri, hökumətin qərar qəbul etmə mexanizmindən tutmuş təyinat məntəqələrində ehtiyatda olan hərbçilərin toplanmasına qədər bütün prosedurlar işlənəcək.
Hökumətin mətbuat xidməti qeyd edib ki, respublikanın təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Bununla belə, ordu hər an hazır olmalıdır.