Hindistan Çinlə sərhədi yaxınlığında ABŞ ilə birgə təlim keçirəcək

Bu barədə Hindistanın Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.
“Yudh Abhyas” təlimləri Hindistanın şimalındakı Uttarxand ştatında, Çinlə nəzarət xəttindən 100 km aralıda dağlıq ərazilərdə keçiriləcək. Təlimlərdə birgə taktiki döyüş qruplarının tərkibində Hindistan və ABŞ ordularının 350 hərbi qulluqçusu iştirak edəcək.
Mənbələrə görə, Hindistan həmçinin Racastan ştatındakı Mahacan poliqonunda ilk dəfə olaraq Avstraliya ilə 28 noyabr-11 dekabr tarixlərində birgə hərbi təlimlər keçirəcək. İki ölkənin piyadaları yarımsəhra ərazisində birgə hərəkətləri məşq edəcəklər.