XİN: Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı Memorandumun imzalanmasını alqışlayırıq

"Azad Səs"in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada bildirilib.
"Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.
Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq", - açıqlamada vurğulanıb.