Ukrayna müharibəsi üzrə sülh danışıqları baş tuta bilər - Mümkün şərt açıqlandı
- 7-11-2022, 19:00
- Dünya
“Ukrayna müharibəsi üzrə sülh danışıqları baş tuta bilər. Lakin bu yalnız Ukrayna Xersonu geri alacağı təqdirdə mümkündür. Belə ki, Xerson uğrunda döyüşlər həm strateji, həm də diplomatik əhəmiyyət kəsb edir”.
Vaşinqton və Şimali Atlantika Alyansı bu fikirdədir.
ABŞ bu məsələ ilə bağlı Avropa İttifaqı, eləcə də müttəfiqləri ilə daimi əlaqə saxlayır və Kiyevə bu ideyanı təlqin edir.
Bildirilir ki, ABŞ və NATO-nun Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raket partiyasının göndərilməsini təsdiqləmələri təsadüfi deyildi. Xersonun geri qaytarılması isə əsas məqsədə çevrilir. Çünki dənizə çıxış, eləcə də su ehtiyatlarına nəzarət baxımından strateji məqsəddən söhbət gedir ki, bu da müharibənin gedişatını dəyişə bilər.
Belə bir plan Moskvanın taktiki nüvə silahından istifadə etməsi təhlükəsinə əsaslanır ki, bu da genişmiqyaslı cavab tədbirlərinə, eləcə də Çinin Rusiyaya təsirinin genişlənməsinə səbəb olacaq.
Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putinin tam məğlubiyyəti ABŞ üçün ən pis nəticələrə, daha dəqiq deyilərsə, Moskvanın Pekinin tam nəzarətinə keçməsinə gətirib çıxaracaq. Ona görə də indi Vaşinqtonda tam rejim dəyişikliyindən söhbət gedə bilməz.