Ağ Ev: “Bayden ikinci müddətə prezident olmaq planlarından imtina etməyib”
“ABŞ lideri Co Bayden ikinci müddətə prezident olmaq planlarından imtina etməyib, lakin hələ də namizədliyini açıqlamayıb”.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Administrasiyanın tələsik rəsmi açıqlamalar verməyəcəyi qeyd olunub.