azadses.az » Dünya » Ukraynalı deputat: “Kaxovka” SES-in bəndinin partladılması ekoloji soyqırımı əməlidir"

Ukraynalı deputat: “Kaxovka” SES-in bəndinin partladılması ekoloji soyqırımı əməlidir"

"Xerson ərazisində “Kaxovka” SES-in bəndinin partladılması ölkəmizə qarşı törədilmiş ekoloji soyqırımı əməlidir".

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) vilayətdən seçilən və hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı Pavel Pavliş deyib.

Onun sözlərinə görə, bu, təkcə Ukrayna üçün deyil, dünya üçün ciddi bir problemdir:

"Suyun geri çəkilməsindən sonra çoxsaylı dağıntılar, heyvan cəsədləri aşkar edilir. Ruslar insanların və heyvanların təxliyəsi üçün heç bir iş görməyib. Bizdə ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur, lakin Dneprin sol sahilində əlaqə saxlamaq mümkün olmayan şəxsləri hesablasaq, ölənlərin sayı 1000 nəfər də ola bilər. Əminik ki, ölənlərin sayı çoxdur. Buna səbəb insanların ərazidən çıxmasına icazə verilməməsi və təxliyə işinin aparılmamasıdır".

P. Pavliş qeyd edib ki, faciənin miqyasını az da olsa azaltmaq üçün epidemioloji vəziyyətə nəzarət olunmalı və laboratoriya analizləri aparılmalıdır:

"Çünki hazırda Xersonda hava çox istidir. Temperatur 37 dərəcəyə çatır. Bu isə cəsədlərin daha çox parçalanmasına, onların havaya və suya qarışmasına səbəb olur. Çaylar Qara dənizə axdığından bu ekoloji vəziyyət təkcə Ukrayna üçün təhlükə yaratmır. Buna görə də beynəlxalq yardımdan söhbət gedirsə, epidemiya yayılacağı təqdirdə daha çox insanları və heyvanları xilas etmək üçün epidemioloji vəziyyət daim yoxlanmalı və analizlər aparılmalıdır. Dneprin sağ sahilində 25 nəfər ölüb ki, onlardan ikisi uşaqdır. Daha 32 nəfər isə itkin düşmüş hesab olunur və onların da ikisi uşaqdır. Çayın sol sahili ilə bağlı rəsmi məlumat yoxdur, çünki Rusiya tərəfi beynəlxalq təşkilatları əraziyə buraxmır və bununla da cinayətlərini ört-basdır etməyə çalışır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Hövsan qəsəbəsində işıq olmayacaq
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Balakəndə qadın hamamda ölü tapılıb
  4. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  5. Bakının iki rayonunda qaz olmayacaq
  6. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  7. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  8. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  9. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  10. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar