azadses.az » Dünya » “AŞPA bölgəyə faktaraşdırıcı missiyanı Ermənistanın mina terrorunu araşdırmaq üçün göndərməlidir” - RƏY

“AŞPA bölgəyə faktaraşdırıcı missiyanı Ermənistanın mina terrorunu araşdırmaq üçün göndərməlidir” - RƏY

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) bölgəyə faktaraşdırıcı missiyanı Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin vəziyyəti ilə bağlı deyil, Ermənistanın mina terroru, Qarabağa qanunsuz silah daşınması ilə bağlı göndərməlidir”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Könül Nurullayeva deyib.

O, AŞPA prezidenti Tini Koksun Qarabağdakı ermənilərin humanitar və insan haqları ilə bağlı vəziyyətinə dair mövqeyinin qəbuledilməz olduğunu vurğulayıb:

“Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi də artıq məsələyə etiraz edib. İlk növbədə AŞPA-dan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmaq tələb olunur. “Humanitar böhran” iddiasına gəlincə, təbii ki, bu, Ermənistan tərəfinin uydurmasıdır. Çünki Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə hər iki istiqamətdə gündəlik keçid təmin olunur. Hətta erməni sakinlərin tibbi məqsədlər üçün keçidi ilə bağlı da heç bir maneə yoxdur. Amma görünür, AŞPA bu reallıqları araşdırmaq istəmir. Halbuki məsələ obyektiv araşdırılsa, məlum olacaq ki, əslində, Ermənistanın göstərişi ilə bir qrup separatçı Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün xüsusi yol tələb edir. Məhz İrəvanın təkidi ilə onlar Ağdam-Xankəndi yolunu beton bloklarla bağlayıblar. Burada məqsəd humanitar fəlakət şousu yaratmaqdır”.

Deputat söyləyib ki, 44 günlük Vətən müharibəsi başa çatan kimi Bakı İrəvana sülh təklifi verib, amma Ermənistan öz havadarlarının təsiri altında sülhü pozmaq üçün əlindən gələni edir:

“Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycan ərazilərinə qanunsuz silah-sursatın daşınmasının qarşısı alınıb. Mina qurbanlarının sayı hər gün artır. AŞPA Ermənistanın mina terrorunu pisləməlidir. Faktaraşdırıcı missiya qeyri-dəqiq mina xəritələrinin fəsadlarını gündəmə gətirməli, mülki azərbaycanlıların mina qurbanına çevrilməsindən narahat olmalıdır. Bu regionda bütün öhdəlikləri pozan Ermənistandır. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir”.

Xatırladaq ki, AŞPA prezidenti Tini Koks iyulun 31-də bəyanat yayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin humanitar böhranla üzləşdiyini iddia edib. O, rəhbərlik etdiyi qurumun Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya göndərməyi istədiyini söyləyib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində nərə balıqları üçün TƏHLÜKƏ
  2. Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
  3. Gəncədə 6 nəfər tortdan zəhərlənib
  4. Hövsan qəsəbəsində işıq olmayacaq
  5. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  6. Balakəndə qadın hamamda ölü tapılıb
  7. FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edir
  8. Bakının iki rayonunda qaz olmayacaq
  9. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  10. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib
Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Ətraflı
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Alimlər içməli suyu təmizləyən yeni mikrob kəşf ediblər
Miçiqan Universitetinin amerikalı alimləri qrunt sularının təmizlənməsində əsas rol oynayan dərin torpaq qatlarında (20 metrə Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar