azadses.az » Dünya » Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq

Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri isə BƏƏ hökümətinin xüsusi formasıdır ki, burada da uçuş edən şəxsin Dubayda yaşayacağı ünvan, əlaqə telefonu və digər məlumatlar qeyd olunur.
Son günlərdə "Report"a müraciət edən bir neçə nəfər rastlaşdığı böyük çətinliklərlə bağlı fikirlərini bölüşüb. Belə ki, bilet alan zaman yuxarıda qeyd olunan məsələlər barədə xəbərdarlıq olunsada, bu məlumatların qeyd edilməsi Bakıdan Dubaya uçmaq üçün kifayət etmir. BƏƏ-yə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, rezident vizası ilə gedənlərdən isə BƏƏ-dən xüsusi icazə və bu icazənin yazılı şəkildə göstərilməsi tələb olunur.
Nəticədə, Dubaya bilet alan zaman rezident vizası üçün BƏƏ-dən xüsusi yazılı icazə alınması ilə bağlı şirkət tərəfindən heç bir məlumat verilmir. Yalnız reys üçün qeydiyyata yaxınlaşan zaman icazəsi olmayanları qeydiyyata almırlar və rezidentlərin əvvəlcədən icazə almalı olduqlarını bildirirlər. Həmin icazəni almaq üçün “Fly Dubai” şirkətinin saytında qeydiyyat formasını tapıb doldurmaq lazımdır. Bu zaman isə qeydiyyatdan keçməklə bağlı cavab 1 sutka və ya daha gec müddətdə gəlir ki, bu da məsələdən gec xəbər tutan sərnişinin reysi qaçırmasına səbəb ola bilər.
“Fly Dubai” şirkətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, rezident vizası almaq istəyənlərə BƏƏ-ə daxil olmaq üçün həmin ölkədən icazə almaları ilə bağlı əvvəlcədən məlumat verilir:
“BƏƏ-yə rezident vizası ilə gedənlərin mütləq icazəsi olmalıdır. Bununla bağlı BƏƏ-nin miqrasiya qurumundan icazə alınmalıdır. Şirkətimizin saytında bu icazə ilə bağlı qeydiyyatdan keçmək üçün link yerləşdirilib. İcazə üçün müraciəti son günə saxlamaq olmaz. Sərnişinlər bilet almazdan öncə icazə üçün müraciət etməli və yalnız təsdiq cavabı gəldikdən sonra bilet almalıdırlar. Təsdiq cavabı 21 gün ərzində qüvvədə olur. Yəni sərnişin təsdiq cavabı gəldikdən sonra 21 gün ərzində uçuş edə bilər. Şirkətin saytında turistlər və rezidentlər üçün uçuş prosedurunun bütün qaydaları qeyd olunub. O cümlədən, rezidentlərin BƏƏ-dən icazə alması ilə də bağlı məlumat yerləşdirilib. Əlavə olaraq bizim ofisdən də həm bilet, həm də viza almaq istəyən sərnişinlərə BƏƏ-dən icazə almalı olduqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edilir”.
Şirkət şikayətçilərin dedikləri təkzib etdiyindən müştərilərə verilən bütün bildirişlərin fotosunu təqdim edirik. Göründüyü kimi heç bir bildirişdə nə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, nə rezident vizası ilə gedənlərdən xüsusi icazə alınması ilə bağlı xəbərdarlıq görünmür:



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib