Tramp koronavirusun siyasiləşdirilməsinə son qoymağa çağırıb
- 11-08-2020, 12:19
- Dünya

Azad Səs“TASS”-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib.
“Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq və bunun əvəzində infeksiyanın ABŞ-a, bütün dünyaya necə gəldiyini qınamaq üçün birləşməliyik. Bunu axtarmaq və müəyyən etmək niyyətindəyik”, - Tramp belə deyib.
ABŞ liderinin sözlərinə görə, bu virusa qalib gəlmək üçün dünya ölkələri birlikdə çalışmalıdırlar: “ABŞ rəhbərliyi mümkün qədər çox insanın həyatını xilas etmək niyyətindədir. Biz bunun üçün başqa ölkələrlə də işləyirik”.