azadses.az » Dünya » Avropa Parlamentinin “Mikki Mausun Parlamenti” ləqəbindən qurtulması çətin olacaq

Avropa Parlamentinin “Mikki Mausun Parlamenti” ləqəbindən qurtulması çətin olacaq

Avropa Parlamentinin yüzlərlə üzvü və işçisini daşıyan qatar Strasburq şəhərinə deyil, Disneylendə çatıb. Bu hadisə isə hazırcavablara qanunverici qurumu haqlı olaraq “Mikki Mausun Parlamenti” adlandırmağa əsas verib.

“Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Bu, Avropa Parlamentini “Mikki Mausun Parlamenti” adlandıranları dəstəkləyəcək bir hadisə idi”, - məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, Avropa Parlamenti hər ay Avropa İttifaqının (Aİ) deputatları və rəsmiləri üçün qatarlar icarəyə götürür. Bu qatarlar Brüssellə Fransanın şərqindəki Strasburqda yerləşən iki iş yeri arasında fəaliyyət göstərir.

Qərb KİV-ləri deputatları köməkçiləri və yığın-yığın sənədlər ilə birlikdə Brüssellə Strasburq arasında dolaşan bu qanunverici orqanı mütəmadi olaraq ələ salır. Onları hətta istehza ilə “köçəri quşlar” da adlandırırlar. Lakin Fransa bu məsələ ilə bağlı təkid edir ki, Strasburq Aİ müqaviləsində avropalı deputatların iş yeri kimi göstərilib.

“Brüssel-Midi stansiyasından yola düşən qatar Şarl de Qoll hava limanından ayrılaraq Disneylendin yerləşdiyi Marn-la-Valle-Şessiyə doğru istiqamətlənib. Bu, 45 dəqiqəlik gecikməyə səbəb olub”, - “Politico”da dərc olunan məqalədə bildirilib.

Avropa Parlamentinin niderlandlı deputatı Samira Rafaela “X” sosial şəbəkəsində bununla bağlı fotonu “Disneylend Komandası” adı ilə paylaşaraq düşdükləri vəziyyəti ələ salıb.

“Burada demək olar ki, hər kəs bu vəziyyətə gülür”, - deputatlardan birinin köməkçisi qeyd edib.

Başqa deputatın köməkçisi isə şikayət edib ki, qatarda “pulsuz attraksion” yoxdur.

Parlamentarilərdən birinin köməkçisi Emmanuel Foulon zarafatla deyib ki, Avropa Parlament indi “Disneyin” cəlbedici şüarını qəbul etməlidir: “Xəyalların gerçəkləşdiyi yer”.

“Avropa Parlamentinin səyyar sirk kimi imici hər saat daha da reallaşır”, - Brüsseldə yerləşən “Good Lobby” QHT-nin təsisçisi Alberto Alemano “X”də yazıb.

Xatırladaq ki, Sosialist Partiyasının yüksək vəzifəli deputatı Pedro Silva Pereyra bu ilin aprelində Avropa Parlamentinin qapalı iclasında Strasburqa gedən qatarlarda kifayət qədər yer olmadığını söyləyib və qurumun daha çox qatar icarəyə götürə bilib-bilməyəcəyini soruşub. Lakin Avropa Xalq Partiyasının deputatı, Avropa Parlamentində inzibati işlərlə məşğul olan Kristof Hansen cavab verib ki, bu məqsədlə kifayət qədər qatar yoxdur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şirvanda 6 aylıq körpə ölü doğulub
  2. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  3. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  4. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  5. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  6. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  7. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  8. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
  9. Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
  10. Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında görüş keçirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq
Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq
Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq. Bakı Dövlət Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib