Yaxın Şərq münaqişəsi böyük geosiyasi dəyişikliklər üçün katalizator ola bilər
- 18-10-2023, 17:06
- Dünya
İsraillə HƏMAS arasında mövcud münaqişə Yaxın Şərq regionu üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər və bu geosiyasi gərginliyin maliyyə bazarlarına da təsiri var.
“Report” xəbər verir ki, iqtisadçıların fikrincə, tərəflər arasında münaqişənin daha da gərginləşməsi dünyada inflyasiyanın sürətlə artmasına səbəb ola bilər.
“Eurasia Group” konsaltinq şirkətinin prezidenti və təsisçisi, politoloq Yan Bremmer hesab edir ki, İsraillə HƏMAS arasında silahlı qarşıdurma aylarla, hətta illərlə uzana bilər.
Amma Dünya Bankının prezidenti Acay Banqa qeyd edib ki, hazırkı mərhələdə regionda hərbi əməliyyatların qlobal iqtisadiyyata təsiri Ukraynadakı müharibənin nəticələri qədər nəzərə çarpmır: “Çünki hərbi əməliyyatlar başlayanda Rusiyanın iqtisadi və ərzaq bazarlarında rolu İsrailinkindən qat-qat böyük idi”.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti İvan Boçarov münaqişənin gərginləşməsinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında ikitərəfli münasibətlərə necə təsir göstərə biləcəyindən danışıb: “2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Mərakeş və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb. Gələcəkdə Səudiyyə Ərəbistanının da münasibətləri normallaşdıracağı ehtimalı var idi. Lakin indi bu ehtimal xeyli aşağı düşüb”.
İ.Boçarov vurğulayıb ki, son eskalasiya ilə əlaqədar Yaxın Şərqdə siyasi turbulentlik artıb və regional oyunçular arasında münasibətlərdə müəyyən dəyişikliklər müşahidə olunub.
75 ildən artıqdır ki, beynəlxalq ictimaiyyət və təşkilatlar, o cümlədən BMT bu problemi həll edə bilməsə də, hazırda hər iki tərəfdən yardıma ehtiyacı olanlara kömək etmək üçün beynəlxalq təşkilatların dəstəyi son dərəcə vacibdir.
“Beynəlxalq təşkilatlar Qəzza zolağında humanitar əməliyyatları asanlaşdıra bilərdi. Amma bunun üçün hələ də normal şərait yaradılmayıb. Qəzzaya hücumların intensivliyi kifayət qədər yüksəkdir. Buna görə də humanitar əməliyyatların aparılması imkanları kifayət qədər məhdud olaraq qalır”, - İ.Boçarov bildirib.
Slovakiyanın paytaxtı Bratislavada yerləşən GLOBSEC qlobal beyin mərkəzinin vitse-prezidenti Roland Frendenştein düşünür ki, böyük regional müharibənin asanlıqla alovlandırıla biləcəyi vəziyyət yaranır: “Fikrimcə, Qərb (ABŞ və Aİ) ilə ərəb dövlətləri arasında müəyyən əməkdaşlıq (məsələn, Misir) faydalı olardı”.