Londonda ABŞ səfirliyinin minalanması barədə yalan məlumat verən şəxs saxlanılıb
- 26-11-2024, 10:30
- Dünya
Böyük Britaniyanın paytaxtı Londonda ABŞ səfirliyinin minalanması barədə yalan məlumat verən şəxs saxlanılıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londonun Polis İdarəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 43 yaşlı Daniel Palmer adlı şəxs dekabrın 23-də məhkəmə qarşısına çıxarılacaq.
Xatırladaq ki, polisə noyabrın 22-də səfirliyin minalanması barədə məlumat daxil olduqdan sonra London Qatvik hava limanının işi bir neçə saat dayandırılıb, çünki sərnişinlərdən birinin yükündə "şübhəli, qadağan olunmuş əşya" tapılıb. Növbəti gün polis əməkdaşları paytaxtın Yuston vağzalından insanları təxliyə edib, burada da şübhəli əşya aşkar edilib və sonradan texniklər tərəfindən zərərsizləşdirilib. Ötən həftə Qlazqodakı avtobus terminalının yaxınlığında şübhəli əşyanın tapılması barədə də məlumatlar daxil olub.