Fitso: Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün 500 milyon avro təklif edib
- Dünən, 08:00
- Dünya
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Brüsseldə danışıqlar zamanı ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib.
“Report” xəbər verir ki, Baş nazir Zelenskinin təklifini qəbul etmədiyini vurğulayıb:
“Zelenski danışıqlar zamanı qaz mövzusuna qayıtdı. O, mənə Rusiyanın 500 milyon avroluq aktivini versə, Ukraynanın NATO-ya üzvlüyünə səs verib-verməyəcəyimi soruşdu. Təbii ki, mən ona cavab verdim: heç vaxt”.
Robert Fitso Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almasını tamamilə qeyri-real hesab edir.
Slovakiyanın baş naziri dəfələrlə bəyan edib ki, o, heç vaxt Ukraynanın alyansa daxil olmasını dəstəkləməyəcək.