Pakistanın xüsusi nümayəndəsi Kabildə Əfqanıstanın XİN başçısı ilə görüşüb
- 25-12-2024, 12:14
- Dünya
Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq Kabildə “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.
"Report"un məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti xəbər yayıb.
Nəşrin məlumatına görə, görüş İslamabad və Kabil arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Qeyd olunur ki, bu, Pakistan-Əfqanıstan münasibətlərində sərhəddə qarşıdurmaların artması, İslamabadın bu fəaliyyəti dayandırmaq çağırışlarına və xəbərdarlıqlarına baxmayaraq “Əfqanıstandan Pakistana doğru terror fəaliyyətinin davam etməsi” nəticəsində yaranan soyuqlaşma fonunda baş verir.
Məlumata görə, Sadiq və Müttəqi ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, o cümlədən regionda sabitlik, rifahı təşviq etmək üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.