Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib
- Bu gün, 09:44
- Dünya
Bazar günü Yaponiyanın Tsuşima adası yaxınlığında Yapon dənizi üzərində xilasedici helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası (NHK) məlumat yayıb.
Xilasedicilərin sözlərinə görə, hadisə nəticəsində üç nəfər ölüb - helikopterlə Fukuoka prefekturasına aparılmalı olan 86 yaşlı xəstə, onu müşayiət edən qohumu və həkimlərdən biri. Helikopterin göyərtəsində olan digər üç ekipaj üzvü xilasedicilər tərəfindən huşsuz vəziyyətdə aşkar edilərək xəstəxanaya çatdırılıb.
Helikopter eniş etməli olduğu yerli hava limanından 10 km aralıda olarkən onunla əlaqə kəsilib. Faciənin nədən baş verdiyi barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.