Kosta-Rika prezidenti həbs edilə bilər
- 8-04-2025, 08:00
- Dünya
Kosta-Rikanın baş prokuroru Karlos Diaz Sançes ölkə prezidenti Rodriqo Çavesə qarşı hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.
Baş prokuror, Mərkəzi Amerika İqtisadi İnteqrasiya Bankının vəsaiti hesabına ödənilməli olan ümumi dəyəri 405 min dollardan çox olan prezident iqamətgahı üçün rabitə xidmətlərinin göstərilməsi müqaviləsi ilə bağlı işdə Çavesi hədə-qorxu ilə tələb etməkdə ittiham edib.
Nəşr qeyd edib ki, iş üzrə əsas şahid müqavilənin həyata keçirilməsi üzrə tenderin qalibi olan “RMC La Productora” şirkətinin prodüseri Kristian Bulqarelli Roxasdır.
Prokurorlarla ittiham sövdələşməsinə girən və təqibdən azad edilən Bulqarellinin ifadəsinə görə, Çavesin tələbi ilə o, müqavilədən 32 min dolları prezidentin keçmiş imici müşaviri Federiko Kruz Saravaqnaya ev ala bilməsi üçün köçürüb.
Onun sözlərinə görə, o, bunu müqavilə almaq müqabilində edib.