ABŞ-də "gələcəkdən gələn" şəxsin tələbi: 2154-cü ildə "doğulan" kişi hakimiyyətdən nə istəyib?
- 11-04-2025, 17:20
- Dünya
ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) işsizlik müavinətləri ilə bağlı inanılmaz fırıldaqçılıq hadisəsini üzə çıxarıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə departamentin "X" sosial şəbəkə hesabında rəsmi bəyanat verilib.
Bildirildiyinə görə, 2154-cü ildə doğulduğunu iddia edən bir ABŞ-li ölkə rəhbərliyindən ona müavinət olaraq 41 min dollar ödənilməsini tələb edib.
Lakin sürprizlər bununla bitməyib. DOGE işçiləri guya 2040-cı il və daha sonrakı illərdə doğulmuş vətəndaşlardan ümumilikdə 69 milyon dollar dəyərində daha 9 700 müraciət aşkarlayıblar. Bundan əlavə, yaşı 115-dən yuxarı olan şəxslərdən 59 milyon dollar məbləğində 24 500 müraciət müəyyən edilib.
Ən şokedici fakt isə bir yaşdan beş yaşa qədər olan uşaqlar adından müavinət almaq üçün 28 min müraciət edilməsi olub. Tələblərin ümumi məbləği 254 milyon dollar təşkil edib.
DOGE-nin rəhbəri İlon Mask vəziyyəti rişxənd ilə şərh edərək xatırladıb ki, hazırda yaşayan ən yaşlı ABŞ-li 114 yaşındadır.
"Əminliklə demək olar ki, yaşı 115 və daha yuxarı olan istənilən şəxs artıq vəfat etdiyinə görə işsizlik müavinəti alır", - deyə Mask qeyd edib.
Xatırladaq ki, ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi 2025-ci ilin yanvarında ölkədə korrupsiya ilə mübarizə üçün müvəqqəti orqan kimi yaradılıb.