Dövlət Departamenti: Minerallar sazişi Ukraynadakı nizamlanma prosesi ilə bağlı deyil
- 19-04-2025, 14:00
- Dünya
“Vaşinqtonun Kiyevlə bağlamağa ümid etdiyi minerallar sazişi Ukraynadakı münaqişənin həlli prosesi ilə bağlı deyil”.
“Report” xəbər verir ki, bunu “Fox News” telekanalının efirində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
“Bu ayrı bir şeydir və atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi deyil”, - deyə o vurğulayıb.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sazişin gələn həftənin sonuna qədər imzalanacağını gözləyir.