Baş katib: TDT-də əhəmiyyətli irəliləyişlər olsa da, hələ konkret addımlar tələb edən sahələr mövcuddur
- 12-06-2025, 10:30
- Dünya
Əhəmiyyətli irəliləyişlər əldə edilməsinə baxmayaraq, hələ də davamlı diqqət və konkret addımlar tələb edən sahələr mövcuddur.
“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Bakıda təşkilatın ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.
O qeyd edib ki, TDT çərçivəsində üzv dövlətlər arasında müxtəlif sahədə, o cümlədən xarici siyasət, ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, idman, təhlükəsizlik, rəqəmsallaşma və ekoloji təşəbbüslər daxil olmaqla çoxtərəfli əməkdaşlıq fəal şəkildə təşviq edilir:
“Nəsillər boyunca birliyini, böyüklərə hörməti və ailə üzvləri arasında dərin bağlılığı qoruyub saxlamışıq. Bu gün sürətlə dəyişən dünyada bu dəyərlər hər zamankından daha önəmlidir. Ailənin mövqeyini qorumaqla biz eyni zamanda qadınlara, uşaqlara və gənclərə müasir çağırışlarla mübarizə aparmaqda dəstək oluruq. Bu, cəmiyyətimizin gələcəkdəki balansını təmin etməyə kömək edir. Bu gün keçirilən görüş təşkilatımızın sosial siyasət və ailə ilə bağlı gündəliyinin həllinə dair birgə öhdəliyində mühüm addım hesab olunur. 2024-cü ilin may ayında İstanbulda keçirilmiş ilk nazirlər görüşünün uğurlu nəticələrinin ardınca bu gün bir daha ailə rifahının təşviqi, qadınların iştirakının artırılması və ümumi dəyərlərimizin qorunması məqsədi ilə bir araya gəlmişik”.
K.Ömüraliyev hesab edir ki, əhəmiyyətli irəliləyişlər əldə edilməsinə baxmayaraq, hələ də davamlı diqqət və konkret addımlar tələb edən sahələr mövcuddur:
“Əvvəlki görüşümüzün yekun sənədində sessiyalar zamanı qəbul edilmiş qərarların icrası üçün birgə fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunmuşdu. Təəssüf ki, bu vacib məsələ bu gün hələ tam həllini tapmayıb. Bu da bir daha xatırlamağa əsas verir ki, ötən ilin noyabr ayında Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə görüşü zamanı dövlət başçılarımız ailə və sosial siyasət məsələlərinin təşkilat çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri kimi əhəmiyyətini bir daha vurğuladılar. Dövlət başçıları əmək münasibətləri, sosial müdafiə, pensiya təminatı və əlilliyi olan şəxslərə dəstək sahələrində əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və üzv dövlətlər arasında məşğulluq və əmək münasibətləri üzrə çoxtərəfli məsləhətləşmələrin davamlılığını təmin etmək üçün daha sıx əlaqələndirməyə çağırdılar”.
TDT-nin Baş katibi əlavə edib ki, onlar üçün keyfiyyətli iş yerlərinin yaradılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və rəqəmsal transformasiya dövründə həssas qrupların cəlb olunması əsas prioritetlərdəndir.
“Xüsusilə, qadın və ailə siyasətləri ilə bağlı ortaq dəyərlərin təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə mütəmadi görüşlərin keçirilməsi üzərində işləməyə hazırıq. Bu, qadınların ictimai və peşə həyatının bütün sahələrində fəal və mənalı iştirakını dəstəkləməklə yanaşı, məşğulluq və sahibkarlıq sahəsində innovativ yanaşmaların da təşviqinə xidmət edəcək. İnanırıq ki, inklüziv iqtisadi imkanların yaradılması sosial həmrəyliyin gücləndirilməsində, ailə strukturlarının möhkəmləndirilməsində və Türk dünyasında daha dayanıqlı cəmiyyətlərin qurulmasında mühüm rol oynayacaq”, - o vurğulayıb.