İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib
- Dünən, 14:56
- Dünya
İsrailin İranın Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib.
“Report” xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
İsfahan əyalətinin qubernatorluğunun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəis müavini Əkbər Salehi Natanz obyektinə edilən hər iki hücumu təsdiqləyib və bildirib ki, hazırda heç bir problem yoxdur və nüvə çirklənməsi ilə bağlı məlumat daxil olmayıb.
Qeyd edək ki, İsrailin hava zərbələri nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi ölüb.