Ərəb ölkəsində içkiyə və nikahdankənar yaşamağa icazə verildi
- 9-11-2020, 09:43
- Dünya
''Azad Səs'' Oxu.az -a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, dəyişikliklərin təsdiqlənməsindən sonra sözügedən ərəb ölkəsində yaşları 21-dən yuxarı olanlar artıq istər xüsusi, istərsə də ictimai yerlərdə spirtli içki qəbul edə bilərlər. Bundan əvvəl yalnız müsəlman olmayan turistlərin və xarici vətəndaşların (yaşları 21-dən yuxarı) bu icazəsi var idi.
Dəyişikliklər intihara cəhd üçün cinayət təqibini ləğv edir və subay cütlüklərin birlikdə yaşamasına imkan verir.
Bundan əlavə, ölkədə qadına sataşma cəzaları sərtləşdiriləcək.