Moldovada hökumət əleyhinə etiraz aksiyası
- 6-12-2020, 16:07
- Dünya
Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandunun tərəfdarları bazar günü Kişinyovun mərkəzində hökumət əleyhinə etiraz aksiyasına çıxıblar.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Onların məqsədi Nazirlər Kabinetinin istefasına nail olmaq və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməkdir.
Bundan əvvəl Sandu Moldova sakinlərinə müraciət edərək onları hökumət əleyhinə etiraz aksiyasına çıxmağa çağırmışdı. Onun fikrincə, Nazirlər Kabineti sanitar və iqtisadi böhranın öhdəsindən gələ bilmir. Əksər müxalifət partiyalarının liderləri də etirazda iştirak etməyə hazır olduqlarını bildiriblər.