azadses.az » Hadisə » "Mübariz Mənsimova da müraciət etmişdim, amma yaxın durmadı" - "Vətən sağ olsun, biz olmasaq da olar..."

"Mübariz Mənsimova da müraciət etmişdim, amma yaxın durmadı" - "Vətən sağ olsun, biz olmasaq da olar..."

Qədir Ülvi Xaləddin oğlu 1988- ci ilin sentyabr ayının 1- də Ucar rayon Çiyni kəndində kasıb bir ailədə dünyaya gəlib. Ülvi əmisinin adını özünə ləqəb götürüb. Çünki Qədir müəllim də birinci Qarabağ savaşında Ağdərə istiqamətində gedən döyüşlərdə polis əməkdaşı kimi döyüşüb. Ülvinin hərbçi olaraq vətənin keşiyində dayanmaq həvəsində vətənpərvərliyində xalqına,  torpağına bağlılığında əmisinin rolu böyük olub. Beləcə, Ülvi 2006-cı ildə məktəbi bitirdikdən sonra çox böyük həvəslə, vətən eşqiylə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutub. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrimizin Təlim-Tədris Mərkəzini Leytenant rütbəsi ilə müvəffəqiyyətlə bitirib, Müdafiə Nazirinin müvafiq saylı əmrinə əsasən ön cəbhəyə, Murovdağın ən yüksək zirvəsinə, dəniz səviyyəsindən 3300.04 metr yüksəkliyinə, Kəlbəcər istiqamətinə təyinatla göndərilib. - Ülvi Qədir,  Murovdağda kim xidmət edirsə, o əsgər üçün “qəhrəmandır” deyirlər...

- Murovdağ elə bir yerdir ki, ordakı vəziyyəti ancaq həmin yerdə xidmət edənlər bilir, demək olar ki, ilin on iki ayı qar yağır. Hər zaman soyuq olur, havanın temperaturu çox aşağı olur. Mənfi otuz-qırx dərəcə arasında dəyişir. Ancaq buna baxmayaraq, mərd, çəsur hərbiçilər, vətən oğulları tərəfindən gecə-gündüz xidmət yüksək səviyyədə təşkil olunur.
Mən tam səmimiyyətimlə deyirəm ki, hər oğulun işi deyil həmin mövqedə - Murovdağının həmin hissəsində xidmət etmək, vətənin keşiyində dayanmaq. Bizim o mövqeyimiz strateji cəhətdən də çox əhəmiyyətli bir mövqeydir. Xidmət etdiyim yüksəklikdən işğal altında olan torpaqlarımıza baxdıqca düşmənə olan qəzəbim, nifrətim birə-on artırdı. Hər an hücum əmri gözləyirdim.
2015-ci ildə xidməti vəzifəmi yerinə yetirərkən hər iki ayağımı don (maroz) vurmuşdu, hərəkət qabiliyyətimi itirdim. Mən deyərdim ki, insan vücudunun hər hansı bir hissəsini don vurması, güllə yarası almaqdan daha şiddətlidir, dözülməzdir, ağrılı-acılıdır.

Bir il Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalında müalicə olunsam da, sağlamlığım tam bərpa olunmadı. Hal-hazırda Qazi olaraq ikinci qrup əliləm. Xidmət etdiyim zaman yuxarı komandanlıq tərəfindən hər zaman, xidmətdə fərqləndiyimə görə qiymətləndirilmişəm. 

- Ağır əməliyyat keçirdiyinizi öyrəndik. Səbəb?

- ATU-nun Tədris Klinikasında açıq ağır əməliyyat keçirmişəm düz bağırsaqdan. Davamlı iltihab gəlir, hələ davam edir. İltihab bitdikdən sonra ikinci dəfə əməliyyat olunmağım şərtdir. Hazırda ev şəraitində yataq xəstəsiyəm. Müalicəm davam edir: gəzə bilmirəm, qalxa bilmirəm.  Ağrı, acı içindəyəm, birinci gün yenidən həkim müayinəsinə aparacaqlar məni. Amma buna da şükür. Lap pis vəziyyətdə idim.

- Bu xəstəlik soyuqdan yaranır, səhv etmirəmsə...

- Bəli, hərbi xidmətdə – Murovdağda vətənin keşiyində dayanan zaman yaranıb məndə. İllərin yığınıdır, sonda ağır fəsadla nəticələndi.

- Səhhətinizlə bağlı lazımi orqanlar tərəfindən maliyyə xərcləriniz qarşılanırmı?

- Xeyr! Heç bir yerdən maliyyə dəstəyim, kimsədən köməyim yoxdur. Sözün açığı, düşünməzdim ki, vəziyyətim belə ağır olacaq, elə bilirdim yüngülvari müalicə ilə bitəcək hər şey.  Sonra bildik ki, bağırsaq hissədə şiş var, təcili götürülməlidir, yoxsa qana zəhərlənmə verə bilər. Daha da vəziyyətim pis ola bilər. 

- Tədris Cərrahiyyə Klinikası dövlətin nəzdindədir, yoxsa özəldir? Çek verildimi?

- Özəldir, səhv etmirəmsə. Bəli, çek verildi.

- Hər halda, bildilərmi bu xəstə qazidir, bu vətən üçün döyüş zamanı xəstəliyə düçar olub? Heçmi güzəşt edilmədi?

- Elə onu demək istəyirdim... Yaxınlaşdım rəhbərliyə, özümü təqdim etdim, vəziyyətimlə bağlı məlumat verdim, dedim, həyatımı, sağlamlığımı fəda eləmişəm. Nə kimi güzəşt edilə biləcəklərini soruşdum, amma bildirildi ki, bizdə heç kimə güzəşt yoxdur,  özəldir. Dedim, mən demirəm ki, hər şey pulsuz olsun, sadəcə müəyyən güzəştlər edilsin. Dedilər, qardaş, mümkün deyil. 

- Şəxsən kimlə danışdınız?

- Birinci mərtəbədə, qapıdan girən kimi sol tərəfdəki otaqda əyləşən xanımın yanına apardılar məni. Onunla danışdım. Maliyyə işlərinə baxır. 

- Dövlət məmurlarından, deputatlarımızdan, sahibkarlardan sizin vəziyyətlə maraqlanan, yardım edən olubmu?

- Silahlı Qüvvələrin Baş Klinik Hospitalına rəsmi müraciət etmişəm, Müdafiə Nazirimiz Zakir Həsənovun şəxsən rəsmi məktubu göndərilib mənə. Orda yazılıb ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə, müayinə olunan ehtiyatda olan hərbi qulluqçuların rütbəsi minimum mayor və xidmət ili isə 20 il olmalıdır. Mənim rütbəm baş leytenantdır, xidmətim isə 10 ildir.  Bu qanun Milli Məclis tərəfindən qəbul edilib. Ona görə də heç bir kömək edilmədi, təəssüflər olsun ki.  

- İndi işləyirsiniz?

- Xeyr. 

- Bəs ailəni, iki azyaşlı uşağı necə dolandırırsınız?

- Pensiyamla... Allaha şükürlər olsun, ruzumuzu əskik etmir...Mən hərbçi olmağı kimlər üçünsə seçməmişəm. Vətənim, xalqım, millətim üçün bu yolu seçmişəm və heç də peşman deyiləm. Vətənim sağ olsun! Kimlərsə qiymət verib-verməyəcəyi umrumda deyil. Düzdür, haqsızlıqlar var, amma mən bunları ciddiliyə almıram. Allah özü yardım etsin mənə. Yatağa düşməmişdən əvvəl biz hər gün tədbirlərdə, milli-mənəvi dəyərlərimizlə, vətənpərvərliklə bağlı kofranslarda iştirak edirdik. Gənclərimizin vətənpərvər yetişməsi üçün əlimizdən gələni edirdik. Həmin tədbirlərdə nazirlərimizlə, deputatlarımızla görüşürdük. Dərdimi necə deyərdim axı? “Qaziyəm, sağlamlığımda problem var, kirayələrdə yaşayıram iki azyaşlı uşaqla...” Əvvəla, məndə elə xasiyyət yoxdur, özümü kiminsə qarşısında aciz duruma salım. İkincisi də, mən bu xidməti xalqım üçün etmişəm. Bilsələr də sağ olsunlar, bilməsələr də...

- Hətta eviniz də yoxdur?

- Xeyr.. Növbəyə dayanmışam... Bilmirəm amma veriləcəkmi, veilməyəcəkmi... Bir iləmi, beş iləmi, on iləmi?Allah bilir.

- Siz Türkiyədə də əməliyyat olunmusunuz...

- Bəli, bir imkanlı şəxsin (adının açıqlanmasını istəmir) maliyyə yardımının sayəsində Türkiyədə də əməliyyat olunmuşam. Yalnız ondan sonra qismən hərəkət etməyə başladım, yoxsa burda artıq ayaqlarımı kəsəcəklərini bildirirdilər. 

- Kimdir o adam? Mübariz Mənsimov?

- Xeyr. Ona da müraciət etmişdim, amma yaxın durmadı. 

- Siz Səhiyyə Nazirliyimizə müraciət etmisiniz, ümumiyyətlə? 

- Dəfələrlə rəsmi məktublar yazmışam. Orda prosedur qaydası belədir: Mən Prezident Aparatına məktub yazıram, orda imzalanıb göndərilir Səhiyyə Nazirliyinə. Bu qurum da məni yollayır qeydiyyatda olduğum rayonun mərkəzi xəstəxanasına. Onlar da məni çağırtdırıb sorğu-sual edirlər. Deyirəm, mən ağır xəstəyəm, müalicəm xarici ölkələrdədir. Göndərirlər məni Respublika Xəstəxanasına. Bilmirəm ordakı vəziyyətdən xəbərdarsınız, ya yox. Bazardır konkret! Kənd Təsərrüfatı ilə Mirqasımov adına Respublika Xəstəxanası arasında heç bir fərq yoxdur. Bir il Hospitalda yatdım, iki dəfə İrana apardılar, Azərbaycanda getmədiyim xəstəxana qalmayıb, nə qədər pullar xərcləmişəm, hətta Allah şahiddir ki, nişan üzüyümü belə satmışam. Dövlət qurumları tərəfindən bir qaziyə heç bir dəstək, kömək göstərilmədi... Amma yenə də Vətən sağ olsun. Biz olmasaq da olar. Beşimiz olmasa da, qoy üçümüz olsun. 
Moderator.az Hazırladı: Könül Aypara 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?