Qubada sevdiyi kişidən rədd cavabı alan qadın məktub yazaraq özünü asdı
- 22-04-2020, 15:30
- Hadisə
Kafe işlədən xanım anasına da məktub qoyub
Qubada qadın sevgilisinə görə özünü öldürdü. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün səhər 11 radələrində Quba rayon polis şöbəsinin növbətçi hissəsindən rayon prokurorluğuna intihar hadisəsi barədə məlumat daxil olub. Məlumata əsasən, rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları Quba şəhərinin Dəvədabanı yaşayış massivinin yaxınlığında yerləşən kərpic zavodunun yataqxanası adlanan ərazisinə gəliblər. Oradan E.Sultanova adlı qadının yaşadığı evin dəhlizində - divarın yuxarı hissəsində qaz sobasından asılmış meyiti aşkar edilib. Hadisə yeri və meyit hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən müayinə edilib və baxış keçirilib.
Goranboyda anadan olmuş, Sumqayıt şəhərində qeydiyyatda olan və Quba şəhərində bu yataqxanada Zarikə Hüseynovaya məxsus evdə kirayədə qalan 43 yaşlı qadının intihar səbəbinin araşdırılmasına başlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın Quba şəhərində kafe işlədib və bir müddət əvvəl Ruslan adlı şəxslə tanış olaraq sevgi münasibətləri yaşayıb. Amma son günlər Ruslandan sevgisinə rədd cavabı olan qadının əhvalı çox pozulub və iki gün əvvəl özünü yaşadığı evdə asaraq ölldürüb.
Mərhumun yaşadığı evdən qadının sevdiyi Ruslana və anasına yazdığı əlyazma mətnlər tapılıb. Məktublardan birində "anam, bağışla məni sənə yaxşı övlad ola bilmədim" yazılıb. Digərində isə E.Sultanova sevdiyi kişiyə müraciət edib - "Ruslan canım, bağışla məni. Həyat çox çətindir. Sənə layiq ola bilmədim, ama səni çox sevdim. Sən mənə inanmadın eybi yox. Ama sənə görə canıma qıydım tək səbəbksr sənsən əlvida sevgilim. Mənə vermək istədiyin şeyləri, yəni sənə görə itirdiyim şeyləri əgər anamgil qəbul edərsə onlara ver. Verməsən də sağ ol. Əlvida. Esi". Qadın məhz adıçəkilən şəxsə görə həyatına son qoyduğunu qeyd edib.
43 yaşlı qadının nakam sevgidən doğan intihar faktı ilə bağlı Quba rayon prokurorluğunda CM-nin 125-ci -özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Araşdırma gedir.