“Mercedes” ağaca çırpıldı, sürücü öldü
- 12-11-2021, 11:39
- Hadisə
Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azadsəs.com”un məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun Oğuz rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə, maşını yol kənarındakı ağaca çırpıb.
Qəza nəticəsində 26 yaşlı sürücü Şamxal Seyidəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.