Bakıda avtomobil 47 yaşlı qadını vurub
- 12-02-2022, 09:30
- Hadisə

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 1975-ci il təvəllüdlü Rufullayeva Nərgiz Mirzağa qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.