Məhkumun elektron bilərziyini alıb pul tələb etdilər

DİN Mətbuat xidmətindən “Azadsəs.az”a verilən məlumata görə, fevralın 15-də Bakı şəhər sakini B.Zeynalov 2 nəfər tərəfindən döyülüb.
Ədliyyə Nazirliyi tərəfindən onun ayağına taxılmış bilərziyi alınaraq qaytarılması müqabilində pul tələb edilib. B.Zeynalov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (narkotik dövriyyəsi) maddələri ilə məhkum edilib.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıb.