Avtomobil körpüdən aşdı - Bir ailənin üç üzvü öldü

“Azadsəs.az” APA-ya istinadən xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.