azadses.az » Hadisə » Bakının mərkəzində güclü partlayış, ölənlər və yaralananlar var - Yenilənib

Bakının mərkəzində güclü partlayış, ölənlər və yaralananlar var - Yenilənib

Bakının mərkəzində güclü partlayış olub.

“Azadsəs.az” Haqqın.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində “Location” klubunda ("Room" klubunun qarşısında) baş verib.

Bildirilir ki, ölənlər və yaralananlar var. Klubun martın 18-də fəaliyyətə başladığı qeyd edilir.

***

Report-un məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

***

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb. Çox sayda yaralı var. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılır.

***

TƏBİB də hadisə ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 02:54-də daxil olub.

Dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 35 briqadası cəlb olunub.

***

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova xəsarət alıblar.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib