Oğuzda meşədəki yanğın söndürüldü - Yenilənib
- 4-04-2022, 23:43
- Hadisə
Oğuzda bələdiyyə fonduna aid olan meşəlik ərazidə yanğın başlayıb.
"Azadsəs.az"ın məlumatına görə, yanğın bu gün rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığındakı bələdiyyələrə aid olan meşəlik ərazilərdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi güclü külək səbəbindən çətinləşib.
Məlumata görə, yanğın hələ də davam edir.
***
FHN-in məlumatına görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
FHN-dən verilən məlumata görə, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0.5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğın saat 18:48 dəqiqədə FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.