Rusiya-Ukrayna müharibəsində ölən jurnalistlərin sayı açıqlandı

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatına istinadən Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.
Məlumata görə, müharibə dövründə 3-ü qadın olmaqla 18 jurnalist ölüb.
Bundan başqa, 4-ü kişi, 4-ü isə qadın olmaqla 8 media işçisi oğurlanıb. Bundan əlavə, 13 KİV nümayəndəsi yaralanıb, 3-ü isə itkin düşüb.