Rusiyada yaşayış binasında partlayış - 2 ölü, 7 yaralı

“Azadsəs.az” “RBK” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.
Bildirilir ki, partlayışa səbəb qaz sızması olub. Partlayışdan sonra binada yanğın baş verib.
Hadisə yerinə 20 texnika cəlb olunub. İnsidentlə bağlı araşdırma aparılır.