azadses.az » Hadisə » Bakıda kürəkən qaynının gözünü çıxarıb

Bakıda kürəkən qaynının gözünü çıxarıb

Bakıda qaynının gözünü çıxaran 38 yaşlı Tural Məmmədquluyevə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Məmmədquliyev 2011-ci ildə ailə həyatı qurub. Lakin 2021-ci ildə onun həyat yoldaşı ilə münasibətləri pozulub. Bu səbəbdən qadın onu tərk edərək 2 övladı ilə birgə anasının Qaradağ rayonu Müşfiq qəsəbəsindəki evinə köçüb. Daha sonra isə Turalın qayınları ilə münasibəti pisləşib.

Bu ilin yanvarında isə şirkətlərdən birində fəhlə işləyən Turalın qaynı Allahverənin “Alik” ləqəbli dostu ona zəng edib. Həmin şəxs Turala Allahverəni və ailəsini narahat etməsi haqda irad bildirib. Bundan sonra Tural qaynına ailə məsələsi barədə dostuna danışdığı üçün əsəbiləşib. O, yanvarın 23-də saat 21 radələrində qayınanasının evinə gedib, lakin Allahverən evdə olmayıb. Daha sonra küçəyə çıxan Tural Allahverənin gəldiyini görüb və onunla mübahisə edib. Bu zaman həmin şəxs qəfil hərəkətlə qaynının gözünə zərbə endirib. Zərbənin təsirindən Allahverən yıxılıb və gözündən qan gəlib. Dərhal xəstəxanaya çatdırılan şəxsin gözünün çıxdığı və bir gözünün görmə qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulub. Daha sonra ailəsi Allahverəni Türkiyəyə aparıb müalicə etdirmək istəsə də, orada da onun gözünün görmə qabiliyyətinin bərpa edilməsinin mümkünsüz olduğu, gözün daxili möhtəviyyatının xaric olduğunu bildiriblər və şüşə göz qoyublar.

Məhkəmədə zərərçəkmiş şəxs Turalı bağışladığını və onun həbsdən azad edilməsini istədiyini deyib.

Hadisəni törədən şəxs də qaynını yumruqla vurarkən onun gözünün çıxacağını düşünmədiyini və belə bir niyyətinin olmadığını, hava qaranlıq olduğu üçün belə bir halın yaşandığını deyib. O, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin 14 fevral tarixindən həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb və ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib