azadses.az » Hadisə » Bakıda iş adamının villasında qanlı dava: Oğlunun ailəsi dağıldı və həbs olundu — ŞOK TƏFƏRRÜAT

Bakıda iş adamının villasında qanlı dava: Oğlunun ailəsi dağıldı və həbs olundu — ŞOK TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1995-ci il təvəllüdlü İlham Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, İlham Mirzəyev arvadı Səbinə Qənbərli ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə əli ilə qəsdən vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən İlham Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Ailə məsələlərinə görə münasibətlərimiz pozulub”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham Mirzəyev elıan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 2017-ci il tarixdə Səbinə Qənbərli ilə ailə qurub: “Birgə nikahımızdan Mərvə Qənbərli adında 1 yaşlı övladım var. Evləndikdən sonra Səbinə yaşadığım Sabunçu rayonu, Kürdərxanı qəsəbəsində yerləşən evə gəlin köçüb. Evin birinci və 2-ci mərtəbəsində yaşayış otaqlarımız olub. Lakin 3-cü mərtəbədə yaşayış olmayıb. Həmin evdə arvadım Səbinə, atam Azər Mirzəyev, anam Gültəkin, babam Ağababa, qardaşım Əli və 2018-ci il təvəllüdlü qızım Mərvə ilə birgə yaşamışıq. Bundan başqa, evdə xidmətçi kimi işləyən Qənimət hər gün evə gəlib, ev işlərini görüb. Evləndikdən sonra Səbinə ilə ilkin mərhələdə münasibətimiz yaxşı olsa da, daha sonra Səbinə ilə şəxsi və ailə məsələlərinə görə münasibətlərimiz pozulub”.

“Axşam həyətə düşüb uşağı gəzdirə biləcəyini dedim”

Təqsirləndirilən şəxs bildirib ki, son olaraq hadisə baş verən günü, saat 11 radələrində yaşadığımız evin 2-ci mərtəbəsində olan otaqların birində Səbinə qızım Mərvəni həyətə düşürdərək gəzdirmək istədiyi bildirdi. Mən isə Səbinəyə həyətdə kənar şəxslərin olduğunu, axşam həyətə düşüb uşağı gəzdirə biləcəyini dedim. Səbinə mənimlə razılaşmadı və kobud cavab verdi. Səbinəyə danışığına diqqət etməsini bildirdim. Səbinə tutduğum iradı səmimi qəbul etmək əvəzinə mənimlə mübahisəni davam etdirdi və həyətə düşməkdə israr etdi. Mübahisə zamanı Səbinənin hər iki qolundan əli ilə tutaraq onu silkələdim. Daha sonra Səbinə ilə üz-üzə vəziyyətdə sol əlim ilə onun qolundan və sağ əlim ilə ağzından tutaraq sakitləşdirməyə çalışdım. Həmin vaxtı qızım Mərvə ağladı. Səbinə onun yanına digər otağa keçdi, mən isə işə getdim”.

“İradımı bildirdim”

İlham Mirzəyevin sözlərinə görə, saat 16 radələrində anası Gültəkin ona zəng edib, Səbinənin evdə olmadığını, atası Səfail gəlib onu və qızı Mərvəni apardığını deyib: “Dərhal evə gəldim. Səbinənin məndən xəbərsiz evdən getdiyi üçün əsəbiləşdim, ona zəng etmədim və onu axtarmadım. Səbinə evdən getdikdən sonra ona zəng etsəm də, Səbinə telefonu açmadı. Daha sonra Səbinənin atası ilə əlaqə saxladım və Səbinəni xəbərsiz öz evinə aparması barədə iradımı bildirdim”.

İlham Mirzəyev deyib ki, sonra məhkəmə qərarı ilə rəsmi şəkildə boşanıblar: “Hadisə günü Səbinəyə əlim və ya digər əşya ilə hansısa xəsarət yetirməmişəm. Sadəcə onu sakitləşdirmək üçün əlim ilə ağzından tutaraq sıxmışam. Səbinənin ekspert rəyində göstərilən xəsarətləri hansı şəkildə alması barədə məlumatım yoxdur. Güman edir ki, həmin sınıq Səbinənin 2017-ci ildə burnunda keçirdiyi əməliyyatın nəticəsində qalıb”.

“Mənə qarşı daha da soyuq və kobud olmağa başladı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Qənbərli qeyd edib ki, 2017-ci il tarixdə İlham Mirzəyev ilə ailə qurub, birgə nikahdan Mərvə Mirzəyeva adında qızları var: “Evləndikdən sonra Kürdəxanı qəsəbəsinə keçmiş ərim İlham Mirzəyevin yaşadığı evə gəlin köçmüşəm. Evin birinci mərtəbəsində kənd təsərrüfatı malları ilə bağlı satış ofisi, yaşayış otaqları, 2-ci mərtəbə yaşayış otaqları olub, 3-cü mərtəbədə yaşayış olmayıb. Həmin evdə ərim İlham Mirzəyev, qayınatam Azər Mirzəyev, qaynanam Gültəkin Mirzəyeva, Azər Mirzəyevin atası Ağababa Mirzəyev, qayınım Əli Mirzəyev və 2018-ci il təvəllüdlü qızım Mərvə Mirzəyeva birgə yaşamışıq. Bundan başqa, evdə xidmətçi kimi işləyən Qənimət və Dilbər adlı xanımlar hər gün evə gəlib, ev işlərini görüb. İlhamın qohumu evin birinci mərtəbəsində olan kənd təsərrüfatı mallarının satışı ofisində satıcı işləyib və hər gün orada olub. İlham ilə nişanlı olduğum müddət və evliliklərimiz ilk 3-4 ayı ərzində münasibətilərimiz normal olub, daha sonra İlhamın mənə qarşı həddindən artıq qısqanc və kobud davranmasına görə münasibətlərimiz pozulub. Qızım Mərvə anadan olduqdan sonra İlham mənə qarşı daha da soyuq və kobud olmağa başladı, o cümlədən ailə məsələlərinə görə aramızda yaranan mübahisələr zamanı məni dəfələrlə təhqir edib, döyüb”.

“Baş verənləri anama danışdım”

Səbinə Qənbərlinin ifadəsinə görə, İlkin mərhələdə İlhamın onu döyməsi və təhqir etməsi barədə heç kimə heç nə deməyib: “2018-ci ilin dekabr ayında İlhamın məni mütəmadi olaraq ailə məsələlərinə görə təhqir etməsi və döyməsi barədə anam Sevər Qəmbərovaya telefonla danışan zaman məlumat verdim, bu barədə ondan məsləhət aldım. Anam mənə səbrli olmağımı, hər ailədə söz söhbət ola biləcəyini, baş verənləri qaynanam Gültəkin Mirzəyevaya danışmağımı bildirdi. Həmin ərəfələrdə qaynanam Gültəkin Mirzəyevaya yaşadığımız evdə İlhamın mənə qarşı olan kobud münasibəti, məni döyməsi və təhqir etməsi barədə danışdım, İlhama irad bildirməsini xahiş etdim. Qaynanam mənə ailə məsələlərinə qarışmayacağını, bu barədə ona bir daha heç nə deməməsini bildirdi”.

“Məni peşman edəcəyini dedi”

Səbinə Qənbərlinin sözlərinə görə, hadisə baş verən günü saat 10 radələrində yaşadıqları evin 2-ci mərtəbəsində olan otaqda Səbinə həyətə düşürdüb, gəzdirmək üçün icazə istəyib: “İlham mənə kobud cavab verərək icazə vermədi. İlhamdan icazə verməməsinin səbəbini soruşdum və öz narazılığımı bildirdim. İlham bu sözünə görə məni və valideynlərimi təhqir etdi. İlhama danışığına diqqət etməsini dedim. İlham cavab qaytarmağımdan əsəbiləşdi, üzərimə hücum etdi və dəhlizdə sifətimdən şillə ilə bir dəfə vurdu. İlhama  mütəmadi olaraq təhqir etməsindən və döyməsindən bezdiyimi bildirdim. İlham təkrar üzərimə gəldi, sinəmdən əli ilə evin 2-ci mərtəbəsində olan digər otaqa itələdi, ona dediyim sözə görə məni peşman edəcəyini deyərək üzərimə hücum etdi və sol əli ilə ağzımı tutaraq sağ yumruğu ilə sifətimdən, burnumdan və ağız nahiyyəmdən bir-neçə dəfə vurdu”.

“Ağzımdan axan qanı sildim”

Səbinə Qənbərli qeyd edib ki, bu zaman o güclü ağrı hiss edib: “Burnum və ağız nahiyyəm qanadı. Həmin vaxtı qızım Mərvənin digər otaqda ağlaması səbəbindən İlham yanımdan uzaqlaşdı. Həmin vaxt otaqda olan dəsmalla burnumdan və ağzımdan axan qanı sildim, Mərvənin yanına getdi. Orada İlhama burnumda güclü ağrı hiss etdiyimi, məni həkimə aparmasını xahiş etdim. İlham həkimə gedəcəyimiz halda bu məsələdən polisin xəbəri olacağını bildirdi, daha sonra İlham evdən getdi və gedərkən həyatımı bundan daha betər edəcəyini bildirdi. Bir müddət sonra burnumda olan ağrılar artdığım və qanım dayanmadığı üçün qayınanam Gültəkinə zəng etdim. Ancaq o, telefon zəngimə cavab vermədi. Buna görə otaqdan çıxaraq yaşadığım evdə xidmətçi işləyən Qənimət adlı xanımdan qaynanamın harada olmasını soruşdum. Qənimət Gültəkinin evdə olmadığını bildirdi”.

“Atam israr etdikdən sonra onunla razılaşdım”

Zərərçəkmişin ifadəsinə görə, həmin vaxt burnunda qanaxma davam edib: “Anam Sevərə whatsapp ani mesaclaşma sistemində görüntülü zəng edərək İlhamın məni döyməsini, digər baş verənləri danışdım və bu barədə atama məlumat verməməsini xahiş etdim. Təxminən saat 13 radələrində atam Səfail zəng edərək yaşadığım evə gələcəyini bildirdi. Təxminən saat 14 radələrində atam sözügedən ünvana gəldi. Baş verənləri atama danışdım. Atam burnumun qanadığını, sifətimdə olan xəsarətləri gördü, əsəbləşərək əşyalarımı toplamağımı, onunla birlikdə getməyimi bildirdi. İlkin mərhələdə atam ilə razılaşmadım və qızı Mərvəyə görə ailəmin dağılmaması üçün getmək istəmədiyimi bildirdim. Atam Səfail israr etdikdən sonra onunla razılaşdım. Qızım Mərvəyə aid olan əşyaları topladım, özümə məxsus olan əşyalardan heç nə götürmədim. Atam Səfail ilə birlikdə Ağababa Mirzəyevin otağına getdim. Atam ona İlhamın səhər saatlarında məni döydüyünü və öz evinə aparacağını dedi. Ağababa atama Səfailə bu məsələdən xəbəri olmadığını dedi. Atam ilə birlikdə onların yaşadığı evə getdim”.

Səbinə Qənbərli ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmaq istəmədiyini qeyd edib, məhkəmədən ona layiqli cəza təyin edilməsini xahiş edib.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyevin qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?