azadses.az » Hadisə » Şəhid qardaşı olduğunu iddia edən şəxs evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi - FOTO

Şəhid qardaşı olduğunu iddia edən şəxs evlilik təklifinə yox deyən qızı ölümlə hədələdi - FOTO

Son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazid əməlləri ört-basdır etmək məqsədi daşıyır:

“Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini olan gənc qadın A.K. uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etdiyini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.

Qadın ərizələrində E.Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K.-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə E.Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü.

Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K.-nın təqibini davam etdirdiyinə görə xanım növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib. Eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər”.

“Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində bir ay müddətinə inzibati həbs tənbehi seçilib”, - deyə məlumatda qeyd edilib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu