Bakıda küçədən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu “Neftçilər” metro stansiyasının yaxınlığında qeydə alınıb.
Paytaxt sakini, 54 yaşlı Tuxbatulin Nail Raulyeviç küçədə qəflətən ölüb.
Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.