Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- 2-10-2022, 12:39
- Hadisə

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Qarxun kəndində qeydə alınıb.
Belə ki, velosipedlə hərəkətdə olan Yevlax rayon Aşağı Qarxun kənd sakini, 2005-ci il təvəllüdlü R.Hüseynovu avtomobil vurub.
O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.