Bakıda gənc oğlanı avtomobil vurub

APA xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.
1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.