Bakıda 95 yaşlı qadın faciəvi şəkildə öldü

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
95 yaşlı Riqalova Ksenya Lazerevna yaşadığı evdə dəm qazından zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.