Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.