Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
- Dünən, 12:10
- Hadisə
Xaçmaz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki gənc yaralanıb.
“Report”un məlumatına görə, rayonun magistral yolunda iki avtomobil toqquşub.
Hadisədə 1999-cu il təvəllüdlü Süleymanzadə İlkin Elmar oğlu və 2002-ci il təvəllüdlü Quliyeva Nigar Cəsarət qızı xəsarət alıblar. Zərərçəkmişlər təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı qadına müştərək travma, kişiyə isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.