Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var
- 27-08-2020, 21:50
- Hadisə

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Anar Mirzəməmməd oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o hadisə yerində bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.