azadses.az » Hadisə » Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi — 1 ölü, 5 yaralı

Bakıda sükan arxasında yuxulayan sürücü qəza törətdi — 1 ölü, 5 yaralı

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qobustan qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-dən "Ölkə.Az"a verilən məlumatda deyilir: 
Bu gün səhər saat 06:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 55-ci km-də 1 sərnişinin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Araşdırma zamanı müəyyən edilib ki, sürücü 1991-ci il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Ramal Bilal oğlu etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz Vito” markalı 99-XF-890 dövlət qeydiyyat nişanlı avtomobillə 10 sentyabr saat 8:30-dan Bakı və Sumqayıt şəhərlərinin ərazisində mütəmadi olaraq hərəkətdə olub, saat 17:30 radələrində Tovuz rayonu istiqamətinə gedib, saat 22:30-da həmin əraziyə çatsa da istirahət etmədən, yəni 11 sentyabr gecə saat 2 radələrində yorğun vəziyyətdə Bakı şəhəri istiqamətinə hərəkətə başlayıb və səhər saat 6:20-də sükan arxasında yuxuya gedərək yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minən, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşlarında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb.
"Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN BDYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarınada uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət edilmədiyinə görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir", BDYPİ-dən bildirilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu