SON DƏQİQƏ: Bakıda güclü yanğın başlayıb - FOTOLAR
- 29-11-2020, 15:40
- Hadisə

''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.



