azadses.az » İdman » Peşəkar boksçumuz: “ABŞ-da ermənilərə qarşı keçirilən aksiyaya mən də qoşulmuşdum” - FOTO

Peşəkar boksçumuz: “ABŞ-da ermənilərə qarşı keçirilən aksiyaya mən də qoşulmuşdum” - FOTO

“Həvəskar boksda karyeramı bitirsəm də, idmançı kimi çıxışımı davam etdirirəm. Həyatım idmanla bağlıdır və bu səbəbdən hazırda peşəkar boksda qüvvəmi sınayıram”.
Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında milli komandamızın sabiq boksçusu Ramal Amanov deyib.
Yığma komandamızın aparıcı üzvlərindən olmuş 37 yaşlı idmançı həvəskar boksla məşğul olduğu illəri xatırlayıb. Dünya çempionatının finalçısı, Dünya Kubokunun ikiqat bürünc medalını qazanmış Amanov bu gün də federasiya və əsas komandamızla mütəmadi əlaqə saxladığını qeyd edib.
Hazırda ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri Mayamidə hazırlıq keçən boksçu döyüşlər ərəfəsində səfərə yollandığını vurğulayıb. Həvəskar boksla 2011-ci ildə vidalaşan Ramal millimizin son illərdəki durumundan da söhbət açıb: “Mən döyüşlər ərəfəsində ABŞ-a gəlirəm. Çox vaxt Bakıda oluram. Həmin zaman yığmanın düşərgəsinə də gedirəm. Hazırkı durumla maraqlanır, boksçularımızın iştirak etdikləri yarışları diqqətdə saxlayıram. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı, Avropa Oyunlarındakı və İslamiadadakı uğurlar alqışalayiqdir. Ölkəmizdə boksun ənənəsi var. Bu, qırılmaz zəncir kimidir. Çünki dövlətimiz idmana xüsusi qayğı göstərir.
İnanıram ki, qarşıdakı turnirlərdə də üçrəngli bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndirəcəyik. Mən də məhz bir çox şeylərə həvəskar boksda nail olmuşam. Uğurlarıma uyğun mükafatlara da layiq görülmüşəm. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mənə ev hədiyyə edib. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun sayəsində işlə təmin olunmuşam. Federasiyanın vitse-prezidenti Süleyman Mikayılovun da daim qayğısını hiss etmişəm. Həmişə mənə həm maddi, həm də mənəvi dəstək olub. Bu gün həvəskar boksla vidalaşsam da, peşəkar boksda çıxış edirəm. Döyüşdüyüm ABŞ-da da Azərbaycan adından, ölkəmizin bayrağı altında qüvvəmi sınayıram”.
Amanov peşəkar boksa keçidindən və növbəti döyüşündən də danışıb: “2011-ci ildə həvəskar boksla vidalaşdıqdan iki il sonra Moskvada işləmək istədim və ora yollandım. Elə alındı ki, ətrafımda idmançılar üstünlük təşkil etdi. Onların təklifi ilə peşəkar boksa başladım. Hətta Rusiya vətəndaşlığı alıb, adlarından döyüşməyimi də istədilər. Lakin mən bununla razılaşmadım. ABŞ-a getməyi planlaşdırdım və promouterlərlə danışıqlara başladım. Nəticədə okeanın o tayından təklif aldım. Əsas şərtim o oldu ki, Azərbaycan bayrağı altında döyüşəcəyəm. Çünki vətənimi çox sevirəm. Hazırda burda dövlətimizi hər sahədə dəstəkləyirəm və ermənilərə qarşı keçirilən aksiyaya mən də qoşulmuşdum”.
Mayamidə hazırlıq keçməklə yanaşı, yeniyetmələrə boksun sirlərini də öyrədən idmançı fevralın 27-də növbəti görüşünə çıxacaq. Onun sözlərinə görə, Los-Ancelesdə baş tutacaq qarşılaşmada əsas hədəfi qələbədir: “Həmin döyüşdə yerli boksçu Leon Lavsonla üz-üzə gələcəyəm. Bu mənim 19-cu görüşüm olacaq. Əvvəlki 18 qarşılaşmadan 16-da qalib gəlmişəm. Onlar arasında Nyu-Yorkda “Madison Square Garden”də 25 min azarkeşin izlədiyi döyüşü qələbə ilə bitirmişəm. İki məğlubiyyətimdən birində gözümdən zədə almışamsa, digərinə daha yaxşı hazırlaşmadığım üçün uduzmuşam. Rəqibim isə hələ məğlubiyyət acısı yaşamayıb. Peşəkar rinqdə keçirdiyi 13 döyüşün hamısını qələbə ilə bitirib. Çalışacağam ki, ona bir “ilk” yaşadım”.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib